Türkiyə mətbuatı nədən yazır?

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: R.T.Әrdoğan: ‘‘Türkiyә gәlәcәyә daha inamla baxır’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan inkişaf etmiş ölkәlәrin әksәriyyәtinin yeni növ koronavirus epidemiyası dövründә sinifdә qaldığını Türkiyәnin isә istehsal vә ixrac hәcmini artırdığını deyib. ‘‘Hazırda Türkiyә hәlledici ölkәlәrdәn birinә çevrilib. Gәlәcәyә artıq daha inamla, ümidlә vә qәtiyyәtlә baxırıq’’,-deyә Rәcәb Tayyib Әrdoğan vurğulayıb.

 ‘‘Star’’: Türkiyә Aralıq dәnizindә söz sahibi ölkәdir

Şimali Kıbrıs Türk Cümhuriyyәtinin prezidenti Ersin Tatar Türkiyәnin  gәlәcәkdә Şәrqi Aralıq dәnizindә  söz sahibi olacağını deyib. Ersin Tatar hәmçinin vurğulayıb ki, Türkiyә hәr zaman Şәrqi Aralıq dәnizindә olacaq.

 ‘‘Vatan’’: Türkiyәnin silahlı PUA-rına tәlәbat artıb

Müdafiə Sənayesinin  İdarə Heyətinin sədri İsmail Demir dost və müttəfiq ölkələrin inventarlarında yer alan Türkiyә müdafiə sənayesi məhsullarının bütün dünyaya ixrac edildiyini vә dünyanın gündәmini zәbt etdiyini deyib.İsmail Demir deyib: ‘‘Müdafiə sənayesi məhsullarımızı ixrac etdiyimiz ölkələrin sayı 170-ə, PUA, silahlı PUA-lar vә  dәniz platforması daxil olmaqla ixrac edilәn mәhsullarımızın sayı 228-ә çatıb’’.

 ‘‘Haber Türk’’: 2021-ci ildә Türkiyәyә 30 milyondan çox turist gәlib.

2021-ci ildә Türkiyәyә 30 milyon 38 min 961 turist gәlib. 2020-ci il ilә müqayisәdә Türkiyәyә gәlәn turistlәrin sayı 88,08 faiz artıb. Belәliklә 2021-ci ildә turizm sektorundan әldә edilәn gәlir 24 milyard 482 milyon 332 dollar tәşkil edib.

‘‘Sabah’’: Türkiyә dünyanın istehsal bazası olacaq

Türkiyә Prezident Aparatı vә Sәnaye Nazirliyi yeni iqtisadi proqramın istehsal baxımından daha da güclәndirilmәsi, Türkiyәnin dünyanın әn böyük istehsal bazalarından birinә çevrilmәsi üçün addım atdı. Hazırlanan qanun layihəsi ilə Türkiyədəki 22 sənaye zonasına dәstәk verilәcәk. Türkiyənin Avtomobil Müəssisələri Qrupu TOGG kimi strateji әhәmiyyәtә malik  sərmayələr tək sənaye zonası olaraq hesab ediləcək.