Ankara Suriya rəhbərliyi ilə birbaşa danışıqlar üçün heç bir ilkin şərti, o cümlədən qoşunlarının Suriya ərazisindən çıxarılmasını qəbul etməyəcək.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk” telekanalına müsahibəsində deyib.
"Gələcəkdə Suriya ilə təmaslar mümkündür, lakin hələ görüləsi çox iş var. Biz danışıqlar üçün qoşunlarımızın Suriyadan çıxarılması şərtini qəbul etməyəcəyik”, - deyə o bildirib.
Nazir xatırladıb ki, əvvəllər əldə edilmiş razılaşmalara əsasən, Dəməşq Türkiyəyə qarşı bütün sərhəd təhdidlərini aradan qaldırmalıdır.