Türkiyə və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyan arasında 5-ci görüşün tarixi məlum olub.
Sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Xüsusi nümayəndələrin növbəti görüşü sentyabrda keçiriləcək.
“Proseslər kövrəkdir, daimi sülh təmin edilməlidir”, - nazirlikdən qeyd olunub.