Türkiyə və Rusiya qazın qiymətində razılığa gəldilər

Moskva və Ankara Türkiyəyə tədarük edilən Rusiya qazının qiymətində 10,25 faiz endirim edilməsi ilə bağlı razılığa gəliblər. "TRT Haber"-in verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız deyib. 
Qeyd edək ki, ötən il T.Yıldız bildirmişdi ki, 2014-cü ilin sonunadək Ankara ölkəyə tədarük edilən Rusiya qazının qiymətində 15 faiz endirim əldə etmək niyyətindədir.