Mərkəzləri İzmirdə olan 3 vilayətdə eyni vaxtda həyata keçirilən “MAHZEN-13” əməliyyatlarında Tahsim Aktaş və Murat Hanaylıoğlunun başçılıq etdiyi 2 ayrı mütəşəkkil cinayət qrupu sıradan çıxarılıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Onun sözlərinə görə, əməliyyatlar zamanı aralarında mütəşəkkil cinayətkar qrup üzvləri də daxil olmaqla 25 şübhəli şəxs saxlanıb.