Türkiyədə 89 PKK tərəfdarı SAXLANILDI - YENİLƏNİB

Türkiyə polisi PKK terror təşkilatını dəstəkləyən 89 nəfəri saxlayıb.

Sabahinfo.az xəbər verir ki,  bu  barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Nazir ötən gün icazəsiz nümayiş keçirən 89 nəfərin PKK terror təşkilatına qarşı tərif və dəstək şüarları səsləndirdiyini, təhlükəsizlik qüvvələrinə daşla hücum etdiyini və xəbərdarlıqlara baxmayaraq müqavimət göstərərək nəzarətə alındığını bildirib. 

***01:01

Türkiyənin Van və Hakkari bölgələrində PKK tərəfdarları iğtişaşlar törədib. 

Sabahinfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə PKK dəstəkçiləri təcili yardım maşınını yandırıb, küçələrdə Molotov kokteyli atırlar. 

Xatırladaq ki, 31 mart 2024-cü il yerli idarəetmə orqanlarına seçkilərdə Van Böyükşəhər Bələdiyyəsinə rəhbər seçilən Abdullah Zeydan Ədliyyə Nazirliyinin “PKK-ya yardım” ittihamı ilə etirazı nəticəsində seçilmək hüququnu itirib.

Bu hadisədən sonra Van və Hakkaridə qeyri-qanuni nümayişlər başlayıb.