Türkiyədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sabahinfo.az xəbər verir ki, qəza Sivas-Malatya avtomobil yolunun Yeşildere kəndi yaxınlığında baş verib.
Mikroavtobusla yük maşınının toqquşması nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb. Qəzaya uğrayan mikroavtobusda olan sərnişinlər toydan qayıdırmış.
Bölgəyə çox sayda xilasetmə qrupu göndərilib.