Türkiyənin Şanlıurfa şəhərində dünəndən təsirli olan leysan selə səbəb olub.
Bir çox ev və iş yeri su altında qalıb. Gölə dönən yollarda su maşınları yuyub aparıb. İnsanların sel suları ilə sürükləndiyi anlar kamera tərəfindən lentə alınıb.
Leysan səbəbindən martın 15-də bütün vilayət ərazisindəki məktəblərdə təhsil dayandırılıb.