Qeyd edək ki, Avropa Parlamenti 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə "erməni soyqırımı” günü kimi qeyd edilməsilə bağlı sənədi qəbul edib.
Araşdırmaçı-yazar, Anar TURAN, ” Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi bildirir ki, bu gün qardaş Türkiyəni bir qrup Mişellər, Conlar, Ceymslər, Avraamlar təkləməyi hədəf götürüblər.
"Papanın ardınca, Avropa parlamenti də qondarma soyqırımı tanıdı. Tarix sübut edib ki, onlar bizim qabağımızdan qaçıblar həmişə. İndi də biz o qovan kişilərin nəsilləriyik. Hücum strategiyasında olmalıyıq. Məncə elə Milli Məclisin bu dəfə ki plenar iclasında bu məsələ müzakirə olunmalı, kəskin bəyanat verilməli və Avropa Parlamentinin bu qərarı rədd edilməlidir. Türkiyə Parlamenti də elə bu dəfə ki iclasında Avropa parlamentinin bu qərarına qarşılıq olaraq rəsmi şəkildə Xocalını qırğın kimi deyil, soyqırımı kimi tanımalıdır”-deyə Anar TURAN xüsusilə vurğulayıb.