Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başlayıb

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı vəzifəsinin icrasına başlayıb.

Sabahinfo.az-ın  məlumatına görə, bu barədə Türkiyə səfirliyinin "Twitter" səhifəsində bildirilib.

Qeyd olunur ki, aprelin 19-da Bakıya gəlmiş C.Bağcı səfirliyin əməkdaşları ilə tanış olub.

Xatırladaq ki, C.Bağcı aprelin 3-də Türkiyənin Azərbaycandakı səfir təyin olunub