Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Ankarada səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyətini qəbul edib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Ankarada səfərdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 12-də Azərbaycan heyətini qəbul etmişdi.