Türkiyənin ilk yerli və milli reaktiv təyyarəsi birinci uçuşunu həyata keçirib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter“ hesabında paylaşım edib.
“İlk yerli və səsdən sürətli pilotlu milli reaktiv təyyarəmiz olan “HÜRJET” birinci uçuşunu uğurla həyata keçirdi. Həmd olsun! Türk Yüzilliyinə ərmağan olsun!”, – paylaşımda qeyd olunub.