Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş şəxslərə dəstək məqsədilə 4 günə ümumilikdə 1 milyon 554 min 558 lirə (140 105 min manat) vəsait göndərib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, "#SəninləyəmTürkiyəm" adlı yardım kampaniyası davam edir və vətəndaşlar yardım ianələrini aşağıdakı formalarda göndərə bilərlər.
Onlayn İANƏ:https://yardim.et/az/donations/bank/online
SMS İanəsi: Azercell abunəçiləri 8116 nömrəsinə İANƏ etmək istədiyi məbləği yazaraq SMS vasitəsilə İANƏ edə bilər.
Onlayn cüzdan:http://hesab.az
Ödəmə terminalları: Milliön, eManat