Qardaş Türkiyədə zəlzələ nəticəsində baş vermiş faciəni ürək ağrısı ilə izləyirik.Dəhşətli görüntülər içimizi parçalayır.
Amma bu hadisəyə Fransa kimi öz sevinclərini karikaturalarında əks etdirərək sevinən ünsürlər kimi daxildə də olan bəzi xislətsizlər də vardır ki ,baş vermiş hadisədən istifadə etməyə çalışırlar.Onsuzda bu faciədən insanların həm sosial ,həm mənəvi, pisxoloji sarsıntıları var.Bundan istifadə edərək düşünürlər ki,Türkiyədə İqtidarın mövqeləri sarsılmış oldu .Bununlada Rəcəb Tayyib Ərdoğan bu seçkilərdə uduzacaq.Ölkə daxilində fitnə ilə məşğuldurlar.Xalq arasında panika yaratmağa çalışırlar.Bir şeyi başa düşmürlər ki,məhz Rəcəb Tayyib Ərdoğanın bu böyük,nəhəng şəxsiyyətin xidmətləri sayəsində Türkiyə dünyanın bu gün çox mühüm güc mərkəzindən birinə çevrilib.Dünyada söz sahibidir.Müstəqil siyasət həyata kecirir.Bu siyasəti bir çoxları Qərb dairələrində həzm edə bilmirlər.Bizim də özünü müxalifət sayan simasızlar şəxsi mənafelərini hər şeydən üstün tutanlar Türkiyədəki bu problemlərin yaranmasına sevinirlər.Sevinirlər ki , seçki öncəsi belə bir fəlakət yaşandı bunun ağır nəticələrinin aradan qaldırılmasında bütün məsuliyyət Türkiyə İqtidarının üzərinə düşəcək,bununla da İqtidarın gücü zəifləyəcək beləliklə qalib gəlmə şansları azalacaq.
Belələrinə insan deməyə belə dilim gəlmir.Beyinsizlər anlamır ki,Türkün gücü Azərbaycanın gücüdür.İki qardaş bir olduğu zaman Türkün gücünü sarsıta bilməzlər.
Bu gün Prezident İlham Əliyev başda olmaqla ,Azərbaycan dövləti,Azərbaycan xalqı qardaş Türkiyənin yanındadır.Acıları acımızdır.
Əminəm ki,yenə də o ünsürlərin arzuları ,planları ürəylərində qalacaq.