“Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur”.
Sabahinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov mayın 2-də jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, problemlərin həlli və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür: “Əlbəttə, gərginliyin azaldılmasına töhfə verəcək istənilən addım alqışlanmalıdır, amma üçtərəfli sazişin alternativi yoxdur”.