"Qiymət və keyfiyyət bir-biri ilə bağlıdır. Bazar iqtisadiyyatının qaydaların isə ziddi deyil. Bir sıra ölkələrdə ucuz mala şübhəli münasibət formalaşıb. Bazar iqtisadiyyatı geniş inkişaf etmiş ölkələrdə normal qəbul edilmiş qiymətlərdən ciddi şəkildə aşağı satılan mal olursa, heç kim onu almır".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin birinci müavini Əli Əhmədov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib.
Vitse-spiker bildirib ki, burada şübhəli məqamın olduğunu aydın şəkildə dərk edirlər: "Qiymət amilindən malın keyfiyyətinə nəzarət kimi istifadə edilir. Bu tək Azərbaycanda belə deyil, dünyanın əksər ölkələrində belədir".