UEFA Türkiyənin "Trabzonspor” və "Fenerbahçe” futbol klublarının gəlir hesablarını dondurub.
Sabahinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, məsələ ilə bağlı "Fenerbahçe”dən verilən açıqlamaya görə, həmin klubun hesabı müvəqqəti dondurulub:
"UEFA-nın maliyyə-nəzarət şöbəsi tərəfindən qoyulan məhdudiyyət qaydalara əməl etməməyə görə tətbiq olunub. Dekabrın 4-də həmin qurumda dondurulma ilə bağlı mətbuat konfransı keçiriləcək və geniş açıqlama veriləcək. Hər halda, bu məhdudiyyət yoxlamaların sonuna qədər qüvvədə qalacaq və sonra aradan götürüləcək”.
"Trabzonspor” da UEFA-nın bu qərarını klubla bağlı başlanan vergi araşdırması ilə bağlayıb.