Avro-2024-ün 1/8 finalında Avstriyanın qapısına vurduğu qollarla Türkiyəni növbəti mərhələyə çıxaran Merih Dəmiral barəsində UEFA istintaq başladıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə UEFA-dan məlumat verilib.
Buna səbəb isə qoldan sonra Bozqurd işarəsi göstərməsi olub.
“UEFA Avropa Çempionatının 1/8 final mərhələsinin 2 iyul 2024-cü il tarixində Almaniyanın Leypsiq şəhərində keçirilən Avstriya-Türkiyə oyunu zamanı Türkiyə millisinin oyunçusu Merih Dəmiralın qeyri-adekvat davranışı səbəbilə UEFA İntizam Qaydalarının 31-ci maddəsinə uyğun olaraq araşdırma başladılıb. Məsələ ilə bağlı yaxın günlərdə daha ətraflı məlumat veriləcək”, - açıqlamada bildirilib.