Uğurlu sonluğun yeni bir uğurlu başlanğıcı

"Bu gün Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişən 19-20 sentyabr 2020-ci ildə Qarabağda həyata keçirilən və Azərbaycanın suverenliyinin bərpa olunub, separatzimin tamamilə kökünün kəsilməsi ilə nəticələnən uğurlu antiterror tədbirlərindən bir il ötür. Ötən bir ilə nəzər saldıqda bu əməliyyatın nə dərəcədə böyük siyasi tarixi əhəmiyyət kəsb etdiyini dərk edirsən.

Bu uğurlu siyasətin başlanğıcı 30 il əvvələ 1994-cü ilin 20 sentyabrda Ulu öndər Heydər Əliyevin liderliyi altında imzalanan "Əsrin müqaviləsi"nə söykənir. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" təkcə dövründə Azərbaycanın siyasi xəritədən silinmə təhlükəsinin qarşısını alaraq, ölkədə qısa zamanda siyasi sabitliyin təmin olunub sürətli iqtisadi inkişaf mərhələsinə qədəm qoymasına səbəb olmadı, həm də hərtərəfli güclü, qüdrətli dövlətə çevrilərək ərazi bütövlüyünün təmin edilməsi və suverenliyinin bərpası ilə nəticələndi. Azərbaycan "Əsrin müqaviləsi"nin imzalanmasından 26 il sonra 2020-ci ilin sentaybrında başlatdığı hərbi əməliyyatlarla ərazi bütövlüyünü, 29 il sonra 2023-cü ilin sentyabrın 19-20-sində həyata keçirdiyi uğurlu antiterror tədbirləri ilə suverenliyini bərpa etdi".

 Bunu Ölkə.Az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Sabiq deputat bildirib ki, 1994-cü ildə ən mürəkkəb geosiyasi vəziyyətin hökm sürdüyü bir zamanda Ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik və qətiyyətli siyasi iradəsi nəticəsində Azərbaycanın gələcək geostrateji inkişafına xidmət edən "Əsrin müqaviləsi"nə imza atdı. "Günümüzdən o dövrə baxanda imzalanan sənədin nəinki Azərbaycan üçün, ümumilikdə Cənubi Qafqaz, Türk dünyası üçün nə qədər böyük əhəmiyyət kəsb edən bir sənəd olduğu dərk edilir və belə də qiymətləndirilir. Azərbaycan "Əsrin müqaviləsi"ni imzalamqla bölgədə geosiyasi mənzərəni öz xeyrinə dəyişmək istiqamətində ilkin addımlarını atdı və sonrakı dövrlərdə də bu siyasəti uğurla davam etdirdi. Sonucda "Əsrin müqaviləsi" əsrin qələbəsi ilə nəticələndi. Azərbaycan suveren hüquqlarını bərpa etməklə tam müstəqil bir dövlət oldu. "Əsrin müqaviləsi"nin 30 ilinin tamam olduğu 20 sentyabr Azərbaycan Suverenlik günü elan edildi. 20 sentyabr 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" 20 sentyabr 2023-cü ildə Azərbaycan öz suverenliyinin bərpa etməklə bölgədə yeni geosiyasi reallıqlar yaratdı. Bu bir uğurlu dövrün yekunudrsa, yeni bir dövrün uğurlu başlanğıcıdır. Bu baxımdan da 20 sentyabr-Neftçilər günü ilə 20 sentyabr- Suverenlik günü bir birini tamamlayan bir hadisədir. Çünki Azərbaycan enerji amilindən öz milli problemlərinin həlli üçün faydalana bildi", - o qeyd edib.

 İ. Yusifov əlavə edib ki, Azərbaycan artıq yeni-yeni uğurlar, qələbələr üçün yeni dövrün qapılarını açıb: 

"Azərbaycan uğurlu neft-qaz siyasətini "yaşıl enerji" ilə paralel inkişaf etdirməyi strateji hədəf kimi qarşısına qoyub. Azərbaycan neft-qaz sahəsində olduğu kimi, "yaşıln enerji" sahəsində də belə bir iddianı həyata keçirmək gücünə, potensialına malikdir. Azərbaycan bu məsələdə təkcə öz potensilından deyil, bütövlükdə Cənubi Qafqaz və Orta Asiyanın imkanlarından faydalanmaqla "yaşl enerji"nin Orta Dəhlizini formalaşdırmaq niyyətindədir. Artıq bu istiqamətdə ciddi uğurlara da imza atmaqdadır. Noyabrda Bakıda qlobal iqlim dəyişikliyinə qarşı mübarizə çərçivəsində keçiriləcək COP29 Zirvə toplantısı da buna xidmət edəcək. Əminəm ki, cənab Prezident İlham Əliyevin müdrik, uzaqgörən, çevik və qətiyyətli siyasəti nəticəsində Azərbaycan başlanan bu yeni dövrdə də yeni-yeni qələbələrə və Avrasiya coğrafiyasında ölkəmizin xeyrinə olan yeni reallıqların yaranmasına imza atacaq".

 Mürtəza

Ölkə.Az