Ukrayna bu ərazidəki mövqeləri geri aldı

Ukrayna Silahlı Qüvvələrinin bölmələri Baxmut şəhərində əks-hücuma keçib, rus hərbçilər bəzi mövqeləri tərk edib.

Sabahinfo.az Ukrayna ordusunun media platforması olan “Military Media Center” portalına istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib.

Sırski bildirib ki, Liman istiqamətində düşmənin bütün hücumları dəf edilib və 10 rus hərbçisi əsir götürülüb. Ukrayna hərbçiləri Baxmutda əks-hücumlar həyata keçirib və düşməni bəzi mövqeləri tərk etməyə məcbur edib.

“İrəli getmək üçün düşmən maksimum səy göstərir. Əhəmiyyətli itkilərə baxmayaraq, elit döyüşçü dəstələri, müxtəlif şəxsi şirkətlərin döyüşçüləri və paraşütçülər daim döyüşə atılırlar, lakin düşmən Baxmutu nəzarət altına ala bilmir. Vəziyyət olduqca mürəkkəbdir”, - deyə Sırski şəhərin ən qaynar nöqtələrinə səfəri zamanı bildirib.