Ukrayna Rusiya ərazisini niyə vurmur?

Bu gün Ukraynanın faktiki olaraq Rusiyanın Belqorod şəhərinə zərbə endirmək üçün heç nəyi yoxdur. Ukrayna Silahlı Qüvvələrində olan silahlardan yalnız "Toçka-U" taktiki raket sistemi həmin əraziyə çata bilər.

Sabahinfo.az axar.az-a istinadən xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov deyib.

Ekspert bildirib ki, Ukrayna HİMARS-larla Belqoroda hücum edə bilməz:

"HIMARS-ın cəbhəyə 10 km-dən çox yaxınlaşması təhlükəli ola bilər. Ona görə də zərbə Belqoroda çatmayacaq".

Jdanovun sözlərinə görə, Belqoroda atəş açmaq siyasi qərardır:

"Məncə, bu, bizim yox, kollektiv Qərbin qərarıdır ki, Rusiya ərazisini atəşə tutmayaq. Məsələn, Almaniya Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli mərmilərin ötürülməsi üçün əsas şərt olaraq Rusiya ərazisinə zərbələr endirilməməsini qoyur".