Ukrayna üzrə növbəti danışıqlar harada keçiriləcək?

Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların növbəti mərhələsi Qlobal Cənubun başqa bir ölkəsində keçirilməlidir. 

Sabahinfo.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Le Point" jurnalı məlumat yayıb.

Məlumata görə, bu razılaşma Səudiyyənin Ciddə şəhərində keçirilən sammitin iştirakçıları tərəfindən əldə edilib.

Avqustun 5-6-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparılıb. İclasda 30-dan çox ölkə iştirak edir, Rusiya dəvət olunmayıb