Ukraynada müharibədə 361 uşaq qətlə yetirilib

Ukraynada Rusiya Federasiyasının hücumu nəticəsində 361 uşaq ölüb, 714 uşaq yaralanıb.

Sabahinfo.az  xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu "Telegram" kanalında məlumat paylaşıb. 

"Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1075-dən çox uşaq xəsarət alıb. 2022-ci il avqustun 18-i səhərə olan məlumata görə, 361 uşaq ölüb,  714-dən çox uşaq isə xəsarət alıb", - məlumatda deyilir.