Ukraynanın qış başlamazdan əvvəl müharibənin aktiv fazasına son qoyması həyati əhəmiyyət kəsb edir. Çünki hər an Rusiya istilik və elektrik infrastrukturuna zərbə endirə bilər.
Sabahinfo.az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
"Təbii ki, istilik enerjisi, infrastruktur obyektlərimizə hücum riskləri müharibə boyu davam edir. Bu onların əsas məqsədlərindən biridir və bunu gizlətmirlər. Payızın sonunadək müharibənin aktiv hissəsini bitirmək üçün maksimum tədbirlər görmək istəyimizin səbəblərindən biri də elə budur", - o bildirib.