Bu gün Milli Məclisin üzvlərinə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.
Qeyd edək ki, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı əvvəllər Milli Məclisdə fəaliyyət göstərmiş bir neçə şəxsə də təqdim olunub.
Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev də “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib. Sabahinfo.az xəbər verir ki, bu barədə millət vəkili öz sosial şəbəkə hesabında yazıb.
““Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq görüldüyüm üçün qürur hissi keçirirəm. İlk növbədə ona görə ki, bu təltif xalqımızın və müstəqil Azərbaycanın Xilaskarı-Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Dövlət təltifinə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən layiq görülməyim isə bir azərbaycanlı kimi mənim üçün xüsusi qürur mənbəyidir. Göstərilən yüksək diqqətə görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Ulu Öndərin siyasi irsi Prezident İlham Əliyevin Liderliyi ilə Xalqımıza və Dövlətimizə bundan sonra da yalnız Qələbələr gətirəcək.”-deyə Ülvi Quliyev qeyd edib.