Bu gün 15 saylı Yasamal birinci seçki dairəsində yaşayan sakinlərlə ilk böyük görüşümüzü keçirdik. Görüşdə iştirak edən seçicilərə, ilk növbədə, əziz şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə söylədikləri səmimi fikirlərə, verdikləri dəstəyə görə səmimi qəlbdən təşəkkür edirəm. Ümid edirəm ki, səlahiyyətli nümayəndə və vəkillərim öz çıxışlarında seçiciləri düşündürən məsələ və suallardan bir çoxuna aydınlıq gətirə bildilər. Qarşıdakı günlərdə çalışacağıq ki, görüşlərimiz seçicilərin əksəriyyətini əhatə etsin. Bügünkü səmimi görüşə görə bir daha təşəkkür edirəm.
Ülvi Quliyev
15 saylı Yasamal Birinci Seçki Dairəsindən deputatlığa namizəd