“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına yekun vurulub

“Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına yekun vurub.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumatı İctimai Birliyin sədri Süleyman İsmayılbəyli verib. Bildirib ki, layihə 3 ay, 2024-cü il, may ayının 1-dən, iyul ayının 31-dək olan dövrü əhatə edib:

"Layihə çərçivəsində nəzərdə tutduğumuz tədbirlər, maarifləndirici xarakter daşıyan digər fəaliyyətlər yekunlaşıb. Bu çərçivədə “Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihə çərçivəsində paytaxtdakı 3 ümumtəhsil müəssisəsində təhsil alanlarla qida təhlükəsizliyi ilə bağlı maarifləndirici xarakter daşıyan görüş keçirilib. Həmçinin, layihənin yekunu ilə bağlı ekspertlər, təhsil işçilərinin iştirakı ilə yekun toplantı təşkil olunub. Keçirdiyimiz tədbirlər zamanı layihə çərçivəsində hazırladığımız bukletlər şagirdlərə paylanıb".