"Ümumilli lider Heydər Əliyevin "YAP dünənin, bu günün və gələcəyin partiyasıdır" fikirləri bugünkü real həyatda özünü təsdiq edib"

"Hər bir cəmiyyətin inkişafında aparıcı siyasi partiyaların rolu danılmazdır. Bu baxımdan, 1992-ci ilin noyabr ayının 21-də təsis olunmuş YAP, Cənubi Qafqaz regionunun ən böyük, nüfuzlu partiyasına çevrildi".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, siyasi partiyaların gücü, cəmiyyətdəki çəkisi, populyarlığı, ölkədə keçirilən seçkilərdə, ümumxalq referendumlarda iştirakı, qələbələri ilə ölçülür:

"Son 31 ildən bəri, prezident, parlament, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin hər birində YAP-nın nümayəndələri qalib gəlmiş, referendumlarda Partiyanın siyasi xətti müdafiə olunmuşdur. YAP-nın apardığı siyasət, Azərbaycan dövlətinin iqtisadi inkişafına, güclənməsinə, beynəlxalq nüfuzunun artmasına, regionun sabitlik adasına çevrilməsi ilə nəticələnmişdir. Azərbaycan xalqının ən ağrılı problemi, 200 illik erməni separatizminə, torpaqlarımızın işğalına son qoyulmuşdur. Tarixin obyektiv və subyektiv gerçəklikləri nəticəsində, tapdalanmış milli qürurumuz bərpa olunmuşdur.

""YAP dünənin, bu günün və gələcəyin partiyasıdır" Partiyanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə səsləndirdiyi fikirlər bugünkü real həyatda özünü təsdiq etmişdir".