24 İyul 2023-cü il də İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 Sentyabr 2022-ci il tarixli sərəncamının icrasına uyğun olaraq "Ümummilli lider Heydər Əliyevin 1981 -ci il 23-24 İyul tarixli İsmayıllı səfərindən 42 il ötür" adlı tədbir keçirildi.
Tədbir Ulu öndərin səfər zamanı görüşdüyü şəxslərin xatirələri, şagirdlərin İsmayıllı yazarlarının Heydər Əliyevə həsr etdiyi şeirlərin səsləndirilməsi və musiqiçilərin dahi şəxsiyyətə həsr olunmuş ifaları ilə təşkil olunmuşdur.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov,Rayon İcra Hakimiyyətinin müavini Sevil xanım Əhmədova, Ağsaqqallar Şurasının sədri Valeh Salehov, Yeni Azərbaycan Partiyasının sədri Zaur Muradov və digərləri çıxış etmiş və öz çıxışlarında Heydər Əliyevlə olan xatirələrindən, Ulu öndərin hakimiyyətə gəlişindən, onun güclü siyasətindən bəhs etmişdilər
Tədbiri hazirladı. Gulnar Yusibova, Aytac Nəcəfli