Azərbaycanda universitetlərin bir bölgədən digərinə köçürülməsi real deyil.
Sabahinfo.az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Bildirilib ki, hər hansı ali təhsil müəssisəsinin bir bölgədən digərinə köçürülməsi üçün yeni bölgədə müvafiq maddi-texniki baza və infrastruktur yaradılmalıdır ki, bu işlər çox böyük maliyyə vəsaiti tələb edir.
Eyni zamanda qeyd olunub ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib. Strategiyanın Tədbirlər Planında universitetlərin köçürülməsi ilə bağlı tədbirlər nəzərdə tutulmayıb. Odur ki, yaxın gələcəkdə Kürdəmir şəhərinə hər hansı ali təhsil müəssisəsinin köçürülməsi real deyil.