"Azərbaycanda ünvanlı sosial yardımın əhatə dairəsi çox ciddi şəkildə genişləndirilib. Bu gün onların sayı 300 minə yaxınlaşıb".
Sabahinfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, aylıq ödəniş isə 500 manatın bir az altındadır. Yəni, Azərbaycanda yaşayış minimumu 246 manatdır, onun ikiqatı məbləğində ünvanlı sosial yardım ödənilir. Kifayət qədər də əhatə dairəsi yaradılıb.
Nazir qeyd edib ki, bu rəqəmi artırmaq olar: "Əlbəttə, bunun ölçüsü yoxdur. Əhalinin 100 faizinə də vermək olar. Bu, nə ilə nəticələnəcək? Əhalini haraya aparacaq? Bütün dünyada aparılan analizlərin nəticəsi ondan ibarətdir ki, passiv ödənişlər artdıqca, aktiv məşğulluq azalır. Bu, beş il, on il sonra ölkədə işləyənlərin sayının kəskin azalması deməkdir. Ona görə də düşünürük ki, bu məsələdə Azərbaycanın konservativ yanaşma davam etməlidir”.