“Ürəklərdə yaşayan dahi şəxsiyyət” adlı tədbir

28 fevral 2023-cü tarixdə “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Azərbaycan İstiqlal Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ürəklərdə yaşayan dahi şəxsiyyət” adlı ədəbi-bədii təbir keçirildi.

Tədbirdə Milli Məclisin deputatı İlham Məmmədov, jurnalist politoloq Svetlana Bayramova, “Böyük Qayıdışı” Gənclər Təşkilatının üzvləri, “İrəli” İctimai Birliyinin üzvləri, “Asan Könüllülər” və digər qonaqlar iştirak edirdi.

Tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı İlham Məmmədov Heydər Əliyevin ölkəmizin inkişafındakı əvəzsiz xidmətlərindən danışdı. Ulu öndərin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirildiyini, müasir Azərbaycan dövlətinin qurulduğunu və xalqımızın müstəqillik arzusuna çatdığını bildirdi.

Daha sonra çıxış edən jurnalist politoloq Svetlana Bayramova Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqı üçün gördüyü müstəsna xidmətlər, elm və təhsilin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər və gənc nəslin yetişməsinə verdiyi töhfələrdən bəhs etdi.

Sonda dərnək üzvləri ümummilli liderə həsr edilmiş mahnılar və şeirlər ilə çıxış etdilər.

Elnarə Həziyeva

SABAHİNFO.AZ