Oktyabrın 6-da Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minaya düşən Zaməddin Həsənov Bərdə Rayon Mərkəzi Xəstəxənasında əməliyyat olunub.
Sabahinfo.az xəbər verir ki, mina partlayışında hər iki ayağını itirən şəxsin əməliyyat zamanı iki dəfə - əvvəl 3 dəqiqə, sonra 5 dəqiqə müddətində ürəyi dayanıb.
Əməliyyat blokuna nəzarət edən Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov dərhal xəstəyə ürək masajı edərək onu həyata qaytarıb.
Həmin anın görüntülərini təqdim edirik: