USAID-in rəhbəri Samanta Pauer Azərbaycana gəlib.
Sabahinfo.az xəbər verir ki, səfər zamanı USAID rəhbərini ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kim müşayiət edir.
Samanta Pauer, həmçinin, Azərbaycanla Ermənistan arasında davamlı sülh perspektivlərini müzakirə etməyi planlaşdırır.
1991-ci ildən başlayaraq, USAID Azərbaycan əhalisinə yardıma yönəlmiş təşəbbüslər üçün 431 milyon dollar ayırıb. Bu proqramlar humanitar yardım, tibbi xidmətin yaxşılaşdırılması, eləcə də, iqtisadi islahatlar və idarəetmə islahatları ilə əlaqəli səyləri əhatə edir.