"Üstümüzə qışqırmayın" - Lavrovdan jurnalistə reaksiya

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Entoni Blinkenlə görüş zamanı qışqıraraq sual verən jurnalistə zarafatla cavab verib.

"Unikal" xəbər verir ki, ATƏT-in Stokholmda yerləşən binasında hər iki nazirin çıxışından sonra rus və amerikalı jurnalistlər suallarını yağdırmağa başlayıblar.

Suallardan biri “ABŞ Rusiyaya hüquqi təhlükəsizlik zəmanəti verməyə hazırdırmı” olub. Lavrov isə gülərək, jurnalistə, “Üstümüzə qışqırmayın” cavabını verib.