Vahabzadə haqda azərbaycanlılar özləri bunu deyir – Markov

Azərbaycanın keçmiş səfiri İsfəndiyar Vahabzadənin rus xalqına yönəlmiş təhqiramiz sözləri hiddət doğurdu. Amma bu hiddət Rusiyadan daha çox, Azərbaycanda özünü büruzə verdi. Azərbaycanda hamı açıq-aydın deyir ki, İsfəndiyar Vahabzadə sadəcə biabırçıdır.

Bunu rusiyalı politoloq Sergey Markov yazıb.

"Azərbaycanda hamı əmindir ki, bu keçmiş səfir, görkəmli şairin oğlu, indi də iki ölkənin münasibətlərini korlamaq istəyən müxalifətçi Rusiyada Azərbaycana qarşı hiddət yaratmağa çalışan adamlardan sadəcə pul alıb. Hər kəs açıq şəkildə onu axmaq və ölkəsinin düşməni adlandırır.

Azərbaycanlılar əslində rus mədəniyyətini çox sevir və rus xalqını qardaş xalq hesab edirlər. Bu, həqiqətən də belədir", - o bildirib.