"Vahid Əhmədov büdcəyə müsbət səs verdiyi halda, müsahibəsində sosial durumdan gileylənib"

"Azərbaycan bu il özünün müstəqillik tarixinin ən böyük büdcəsini qəbul edib. Büdcənin təxminən 45 faizi sosial müdafiənin güclənməsinə xərclənəcək. Vahid Əhmədov parlamentdə bu büdcəyə müsbət səs verdiyi halda, müsahibəsində Azərbaycanda sosial, iqtisadi vəziyyətin ağır olması ilə bağlı gileylənib. Bu fikirlərlə qətiyyən razı deyiləm".

Sabahinfo.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Mahir Abbaszadə deyib. O bildirib ki, 92-ci ildə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyət uğrunda apardığı mübarizə Şuşanın, Laçının işğalı ilə nəticələnib:

"Azərbaycan Xalq Cəbhəsi 1993-cü ildə hakimiyyətdə olduğu müddətdə Azərbaycanda Kəlbəcər kimi strateji əhəmiyyəti olan rayon işğal altına düşdü. 1992-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması, bu partiyanın siyasi xəttinə sadiq olan cənab Prezident İlham Əliyevin rəhbərliyi 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olundu, Laçın, Kəlbəcər bir güllə atılmadan geri qaytarıldı. Bu günlərdə Azərbaycan xalqı tarixi anlar yaşayır. Təəssüf edirəm ki, Vahid Əhmədov müsahibəsində Azərbaycanda gedən dinc quruculuq, bərpa proseslərindən, sosial müdafiənin gücləndirilməsindən, torpaqlarımızın işğaldan azad olunmasından danışmaq əvəzinə, başqa fikirlər irəli sürür. Bu fikirlər qəbuledilməzdir"./unikal