Valideynləri peyvənd olunmayan uşaqlar məktəbə buraxılmayacaq?

Son günlərdə məktəbə gedən uşaqların valideynlərindən vaksin sənədinin tələb olunması ilə bağlı yayılan xəbərlərə Təhsil Nazirliyindən münasibət bildirilib.

Sabahinfo.az xəbər verir ki, nazirlikdən Bakipost-a verilən məlumata görə, hazırda belə bir göstəriş yoxdur:

“Bağçalar TN-nin tabeliyində deyil. Məktəblərlə bağlı isə bu haqda danışmaq tezdir”.

Qeyd edək ki, sosial şəbəkələrdə valideynləri koronavirus əleyhinə peyvənd olunmayan şagirdlərin məktəbə buraxılmayacağına dair məlumatlar yayılıb.

Məlumatda deyilir ki, əgər uşağın hər iki valideyninin vaksinasiyaya dair sənədi məktəbə və ya bağçaya təqdim olunmasa sentyabrdan təhsil müəssisəsinə buraxılmayacaq. Bu tələb isə bir çox valideynin narazılığına səbəb olub.