İsmayıllı rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də İsmayıllı rayonunun Təzəkənd və Qalagah kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, təşviqat qrupunun üzvləri Xuraman Qurbanova və Ziyəddin Mövlamov çıxış ediblər.
Diqqətə çatdırılıb ki, bütün ərazilərində suverenliyini tam bərpa edən Azərbaycan yeni tarixi seçimə hazırlaşır. Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilk dəfə olaraq ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan Respublikasının bütün ərazilərində keçiriləcək. Qeyd olunub ki, cənab İlham Əliyev xalqın etimadını qazanan, vədinə sadiq Liderdir.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan cənab İlham Əliyevə səs verməyə çağırıblar.