Vətən müharibəsi dövründə qanunsuz silahlı erməni birləşmələri tərəfindən partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərin adları açıqlanıb.
Sabahinfo.az-ın xəbərinə görə, bunu Gəncədə səfərdə olan baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.
O bildirib ki, Vətən müharibəsi zamanında qanunsuz silahlı erməni birləşmələri tərəfindən edilən təcavüzkar hücumlar yalnız mülki şəxslərin yaşadıqları məntəqələrə deyil, partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərə də cəhd edilib:
“Belə ki, Bakı-Novorossiysk neft kəməri, Mingəçevir Su Elektrik Stansiyası (SES), Qərb İxrac Boru kəməri, Cənubi Qafqaz genişlənmiş Boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Qəbələ Beynəlxalq Hava Limanı da hədəfə alınmışdı”.(report)