Sosial Dövlət Naminə” İctimai Birliyin sədri Faiq Əhmədov “Azərbaycan sosial dövlətə doğru” mövzusunda layihəsinin həyata keçirilməsi üçün regionlarda vətəndaşlarla görüşlərini davam etdirir.
Sosialdovlet.az “Sosial Dövlət Naminə” İctimai Birliyinin mətbuat xidmətinə istinadən verilən məlumatda bildirilir ki, 12 oktyabr 2022- ci il tarixində “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, "Azərbaycan sosial dövlətə doğru” layihəsinin rəhbəri Faiq Əhmədovun başçılığı ilə könüllülərdən ibarət layihə qrupu Ağcabədi rayonuna səfər etmişdir.
Layihə çərçivəsində Ağcabədi rayon Mədəniyyət İdarəsinin akt zalında fəaliyyət planına uyğun olaraq, ictimai müzakirə təşkil edilmişdir.
Tədbirdə Bakıdan gələn qonaqlarla yanaşı, rayon sakinləri, o cümlədən “Sosial Dövlət Naminə” İctimai Birliyin Ağcabədi rayon təşkilatının sədri Sahib Qasımov, Qadınlar Şurasının sədri, şəhid Quliyev Nurlanın anası Zülfiyyə xanım Quliyeva, təşkilatın sədr müavini Edilxan Əliyev, Gənclər təşkilatının sədri Ramiz Əhmədov, həmçinin QHT–nin üzvləri, ictimai fəallar, qazilər, şəhid anaları və onların ailə üzvləri digər kateqoriyadan olan vətəndaşlar iştirak edirdilər.
Tədbiri “Sosial Dövlət Naminə” İctimai Birliyin sədr müavini, “Azərbaycan Sosial Dövlətə Doğru" kitabının redaktoru, şair-publisist Rauf İlyasoğlu açaraq hər kəsi salamladıqdan sonra, Dövlət himnimiz səsləndirildi və Vətənimizin azadlığı uğrunda, ərazi bütövlüyümüzü qoruyarkən canını fəda etmiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rauf müəllim “Sosial Dövlət Naminə” İctimai Birliyin sədri Faiq müəllim tərəfindən hazırlanan "Azərbaycan Sosial Dövlətə Doğru" layihəsindən və özünündə redaktoru olduğu kitabın vətəndaşlara göstərilən hüquqi xidmətlərindən danışdıqdan sonra çıxış üçün sözü təşkilatın sədri Faiq Əhmədova vermişdir.
“Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, "Azərbaycan sosial dovlətə doğru” layihəsinin rəhbəri Faiq Əhmədov geniş çıxışında təmsil etdiyi QHT-nin geniş fəaliyyəti haqqında məlumat verərək, vətəndaş-dövlət münasibətləri istiqamətində bu günə qədər gördükləri işlərlə əlaqədar tədbir iştirakçılarına məlumat verdi.
Faiq müəllim, onu da bildirdi ki, QHT Agentliyinin dəstəklədiyi layihə çərçivəsində müxtəlif istiqamətlərdə apardıqları fəaliyyət növlərinin ictimai əhəmiyyəti yüksəkdir.
Şəhid və qazi ailələrinin üzvləri qarşısında duran problemlərin həllində dövlətimizin həyata keçirdiyi proqramları xüsusi qabardan çıxışçı bu yöndə dövlət başçımız İlham Əliyevin sosial siyasətini dəstəkləyərək təşkilatın “Azərbaycan Sosial Dövlətə Doğru" layihəsi barədə və eyni zamanda iştirakçılara təqdim edilən məlumatlandırıcı nəşrlər – kitabça və buklet barədə də geniş məlumat verdi.
Şəhid və qazi ailələrinin üzvləri qarşısında duran problemlərin həllində dövlətimizin həyata keçirdiyi proqramları xüsusi qabardan çıxışçı bu yöndə dövlət başçımız İlham Əliyevin sosial siyasətini dəstəkləyərək təşkilatın “Azərbaycan Sosial Dövlətə Doğru" layihəsi barədə və eyni zamanda iştirakçılara təqdim edilən məlumatlandırıcı nəşrlər – kitabça və buklet barədə də geniş məlumat verdi.
Sonra “Sosial Dövlət Naminə” İctimai Birliyin Ağcabədi rayon təşkilatının sədri Sahib Qasımov, Qadınlar Şurasının sədri Zülfiyyə xanım Quliyeva, sədr müavini Hacı xanım Fatimə Mehdiyeva, təşkilatın sədr müavini Edilxan Əliyev, Gənclər təşkilatının sədri Ramiz Əhmədov, həmçinin QHT–üzvlərindən, Qarabağ Vətən Müharibəsinin Qazisi Mübariz Abbasov, şəhid Dilsuzun anası Cəvahir Hacıyev, şəhid Xəyalın atası Feyruz Həziyev, şəhid Ceyhunun qardaşı Nurlan Məmmədov, şəhid Cəmaləddinin atası Türbəndə Məmmədov, şəhid Ömərin atası Rəşad müəllim söz alaraq belə bir aktual layihəni dəstəklədiklərini bildirmişdilər.
Tədbirdə 300 nəfərə yaxın iştirak edən vətəndaşlardan çıxış edən şəxslər vətəndaş və dövlət qurumlarının nümayəndələri arasındakı sivil münasibətlərə, sosial sahədə ölkədə görülən böyük işlər, qəbul edilən proqramlar, yeni imkanlar, həmçinin yaradılan şəraitdən faydalanma yolları haqqında geniş informasiyaları iştirakçılarla bölüşdülər.
Müzakirədən sonra vətəndaşların sualları cavablandırıldı, ictimaiyyətlə geniş fikir mübadiləsi aparıldı.
Müzakirədən sonra vətəndaşların sualları cavablandırıldı, ictimaiyyətlə geniş fikir mübadiləsi aparıldı.
Sonda xatirə şəkilləri çəkildi, paylanma materialları, kitabçalar və bukletlər iştirakçılara hədiyyə olundu.
Məlumatda o da xususilə qeyd edilir ki, “Sosial Dövlət Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində 1 sentyabr – 1 noyabr tarixlərində həyata keçirilən ikiaylıq “Azərbaycan sosial dövlətə doğru” mövzusunda layihəsi geniş ictimaiətə təqdim olunur.
İlahə Məmmədova