"Burada Aydın müəllim fikir söylədi ki, tələyə düşüb. Bununla razı deyiləm. Vahid müəllim tələyə düşən oğlan deyil. Nə edirsə, bilərəkdən edir, nə danışırsa, bilərəkdən danışır".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Fəzail İbrahimli deyib.
"Bu, təsadüfi hadisə deyil. İnsanların heysiyyatına toxunmaq səlahiyyətini sizə kim verib? Deyirsən ki, buradakı 3 nəfərdən başqa hamı saxtakardır. Niyə mənim heysiyyatıma toxunursan? Deyirsiz ki, dövlətin yanındasız. Parlament də dövlətin bir qoludur. Adama deyərlər ki, bəyənmirsən, oturma da. Sənin vicdanın bu şeylərə dözmürsə, açıq şəkildə mandantını qoy, get. Denən mən özümlə bacarmadım. Sizin maddi durumunuz hamıdan yaxşıdır. Vəzifəniz, statusunuz var. Adamdan soruşarlar, nə istəyirsən? Nədir səni qane etməyən? Azərbaycan parlamentində oturub, onun ünvanına bu cür ifadə işlədən hər bir kəs cəzasını almalıdır. O cümlədən İntizam komissiyasında bu məsələyə baxılmalıdır".