Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Daxili işlər orqanlarında yeni təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş tədqiqatçısı, polis mayoru Ariz Cəfərov vəzifəsindən azad olunaraq Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.