Vilayət Quliyev yeni təyinatından YAZDI 

Xəbər verdiyimiz kimi, professor Vilayət Quliyev dünən Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Sabahinfo.az xəbər verir ki, yeni təyinatı barədə Vilayət Quliyev "Facebook" səhifəsində post paylaşıb. 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük etimad göstərərək 4 may 2022-ci il tarixli sərəncamı ilə məni ölkəmizin Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edib. Bu münasibətlə tanıdığım və tanımadığım yüzlərlə insan sosial şəbəkə vasitəsi ilə  təbriklərini çatdırıb, gələcək fəaliyyətimlə bağlı xoş arzularını bildirib. Hər kəsə səmimi təşəkkürümü, minnətdarlığımı yetirirəm. Dövlət başçısının və hər bir vətəndaşımızın etimadını doğrultmaq, qüvvəm və imkanım daxilində sevimli Vətənimizə xidmət etmək bundan sonra da həyatımın ümdə məqsədi olacaq”, - deyə Vilayət Quliyev postunda qeyd edib.