Vladimir Putin Türkiyəyə səfər edəcək

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

Sabahinfo.az-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“V.Putinin Türkiyəyə səfəri epidemioloji vəziyyət və prezidentlərin iş qrafiki imkan verən kimi baş tutacaq”, - D.Peskov bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl V.Putini Türkiyəyə səfərə dəvət edib.