Türkiyənin “Bodrumspor” komandası baş məşqçisi Volkan Dəmirəllə yollarını ayırıb.
Sabahinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Onunla sözləşmə 2027-ci ilin sonuna kimi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, “Bodrumspor” Superliqada 16 xalla 17-ci pillədə qərarlaşıb.