Prezident İlham Əliyev X.N.Əhədovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Sabahinfo.az bildirir ki, Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.