Naftalan şəhərində seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Naftalan şəhərində seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, partiyanın Veteranlar Şurasının üzvü Tahir Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, təşviqat qrupunun üzvləri Hatəm Qocayev, Elman Alıyev və Zülfümar Nuriyeva çıxış ediblər.
Qeyd edilib ki, Prezident İlham Əliyev xalqın güvəndiyi şəxsiyyətdir. O, dövlətçilik, böyük siyasət və idarəetmə baxımından əsl Liderə məxsus xüsusiyyətləri kompleks şəkildə özündə təcəssüm etdirir: “Liderlik qabiliyyəti, uğurlu siyasət, zəngin idarəetmə təcrübəsi Ona böyük nüfuz qazandırıb. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda isə Azərbaycan partiyanın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyir”.
Natiqlər hər bir seçicini qarşıdan gələn prezident seçkilərində fəal olmağa, qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər də artıq seçimlərini etdiklərini və fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.