Xalqın inamı

Bu və ya digər dövlət həm də yüksək texnoloji vasitələr kontekstində beynəlxalq informasiya məkanına çıxa bilir. Bu, həm də dövlətin bütün sahələr üzrə daha əhatəli səviyyədə tanınmasında, mahiyyəti etibarilə dünyəvi informasiya sisteminin tərkib hissələrindən biri olmasında əhəmiyyətlidir. Bunları dövlət strukturu həyata keçirir. Azərbaycanda belə dövlət strukturu AZƏRTAC-dır.

AZƏRTAC Azərbaycan Demokratik Cümhuriyyəti dövründə - 1920-ci il martın 1-də yaradılıb, ilk informasiya martın 2-də verilib. Bu proses cəmi 58 gün davam edib. Azərbaycan Demokratik Respublikasının süqutundan sonra fəaliyyətini dayandıran bu qurum SSRİ dönəmində Azərbaycanın deyil, SSRİ-nin maraqlarının informasiya yayıcısı idi...

Müasir Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının varisi olduğu kimi, Azərbaycanın dövlətçiliyi bərpa edildikdən sonra fəaliyyətini davam etdirən AZƏRTAC da 1920-ci il martın 1-də yardılan AZƏRTAC-ın varisidir. Bu baxımdan martın 1-i onun yaranması günüdür. Müstəqilliyi bərpa edilən Azərbaycanda AZƏRTAC varislik missiyasını dövlətçiliyə böyük sədaqətlə yerinə yetirir. 1995-ci il martın 3-də Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə agentlik yenidən təşkl edildi, ona dövlət informasiya orqanı statusu verildi. Bununla da beynəlxalq informasiya məkanına çıxış təmin edildi...

Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanacaq, AZƏRTAC bu uğurları böyük qürurla dünya miqyasında ictimailəşdirəcək. Bu, xalqın inamıdır...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı