Xan qızına məxsus tarixi Zarıslı kəndindən REPORTAJ - VİDEO

Zarıslı kəndi Azərbaycan şairəsi, xan qızı Xurşidbanu Natəvana (XIX əsr) məxsus olub. Kəndin yaxınlığında Zarıs qalasının xarabalığı var.

Azərbaycanda sovet hökuməti qurulanda Respublika Ali Sovetinin qərarı ilə Şuşa rayonunun Zarıslı kəndi Daşaltı kənd sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Zarıslı kənd soveti yaradılıb.

1992-ci ildə kənd Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib.

İTV Zarıslıdan reportaj hazırlayıb. Ətraflı süjetdə: